İraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olub

    DÜNYA

    03 Dekabr 2021 | 10:11

    İraqın Mosul şəhərinin Mahmur rayonunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən hücum zamanı “peşmərgə” adlanan bir neçə kürd silahlısı və daha 3 mülki şəxs öldürülüb.

    Bu barədə Report “Haber Global”a istinadən xəbər verir.

    Peşmərgə komandiri Nejat Hule “Rudaw” telekanalına açıqlamasında məlumatı təsdiqləyib. O, “peşmərgə”lərin Mahmurun Karaçug bölgəsinin Nazikənd kəndində İŞİD tərəfindən pusquya salındığını bildirib.

    Hule qarşıdurma nəticəsində 7 “peşmərgə”nin həyatını itirdiyini bildirib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024