İranda koronavirusa qarşı peyvənd olunmayan sürücülər cərimələnəcək

    DÜNYA

    04 Dekabr 2021 | 13:43

    İranda koronavirusa qarşı peyvənd olunmayan sürücülər cərimələnəcək.

    Pressa-nın məlumatına görə, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin Nəqliyyatın İnkişafı və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Rza Nəfisi deyib. Onun sözlərinə görə, bu, dekabrın 6-dan icra olunacaq.

    Peyvənd olunmayan sürücülərə virusun yayılmasına görə, qırmızı və narıncı səviyyədə olan şəhərlərdə məhdudiyyətlər və cərimələr tətbiq olunacaq. Xəstə olan sürücülərə isə şəhər daxilində və şəhərlərarası yollarda şəxsi avtomobillərini belə idarə etməyə icazə verilməyəcək. O qeyd edib ki, koronavirusa qarşı sürücülərin peyvənd olunub-olunmadığına yollarda onlayn sistem nəzarət edəcək.

     

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024