Himayədar ailə (himayədar valideyn) olma zamanı tibbi müayinə pulsuz olacaq

    ÖLKƏ

    28 Mart 2024 | 17:56

    İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

    Pressa xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

      Qərara əsasən, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan müayinə də Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nə daxil edilib.

      Başqa sözlə, inzibati məqsədlərlə digər müayinələrin tarifi 90 manatdır. Beləliklə, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan belə müayinə pulsuz olacaq, 90 manat alınmayacaq.

       



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024