Hərraclarda qızıl cüzi ucuzlaşıb

    İQTİSADİYYAT

    20 Yanvar 2022 | 11:05

    Dünya bazarında qızılın qiyməti ötən gün iki ayın ən yüksək həddinə çatandan sonra cüzi azalıb.

    Pressa xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında bugünkü hərrac zamanı qızılın fevral fyüçersi 0,2 faiz ucuzlaşaraq 1.839,5 USD/oz-dan, gümüşün mart fyüçersi də 0,02 faiz bahalaşaraq 24,233 USD/oz-dan satılıb.

    Bunları şərtləndirən amillər arasında ABŞ-ın 10 illik dövlət istiqrazlarının (US Treasuries) karlılığının ötən hərracdakı 1,827 faizdən 1,859 faizədək artması göstərilir. Ekspertlərin fikrincə, ötən gün qızılın bahalaşması istiqrazların karlılığının azalması ilə bağlıdır.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024