Güllə atıcımız Olimpiadada uğursuzluğunun səbəbini açıqladı: Pandemiya!

    İDMAN

    02 Avqust 2021 | 12:03

    “Budur, Tokioda Olimpiada mənim üçün başa çatdı. Nəticələr adidir. Əlbəttə ki, bunda pandemiya ili öz sözünü deməyə bilməzdi”.

    Pressa-nın xəbərinə görə, bunu güllə atıcısı Ruslan Lunyev öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.

    Avropa çempionumuz bu gün 25 metr məsafəyə atıcılıqda final mərhələsinə düşə bilməməsini pandemiya ilə əlaqələndirib:

    “Rəqiblərim milli komandaları ilə birlikdə məşq edərkən, mənim atıcılıq meydançam bütün qış boyu sadəcə bağlı idi. Və tirsiz atıcılıq susuz üzmək kimidir. Qısa bir istirahətdən sonra bütün səhvlərimi nəzərə alaraq, növbəti mövsümə hazırlaşmağa başlayacağam. Ümid edirəm ki, karantin Paris-2024-dəki hazırlığıma bir daha təsir etməyəcək”.

    Qeyd edək ki, Ruslan Lunyev daha əvvəl Tokio Olimpiadasında 50 metr məsafəyə atıcılıqda uğursuzluğa düçar olub.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024