Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb

    ÖLKƏ

    17 Iyul 2021 | 16:50

    Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.

    DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Pressa-ya bildirib ki, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.

    Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

    "Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN rəsmisi vurğulayıb.

    E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024