Göygöldə “Göygöl Möcüzələri” adlı bayram tədbiri təşkil olunub

    SON XƏBƏRLƏR

    21 Mart 2024 | 12:43

    Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göygöl şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət  parkında “Göygöl Möcüzələri” adlı Novruza həsr olunmuş bayram şənliyi  keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələri, müharibə iştirakçıları və qazilər,  rayon ictimaiyyəti və qonaqlar iştirak ediblər.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında qeyd edib ki, müqəddəs Novruz min illərin qan yaddaşından süzülüb gələn əziz bayramlarımızdan biridir. Uzun illər bu bayramın qeyd olunmasına böyük qadağalar qoyulsa da xalqımız onu elə öz evində, öz ocağında böyük hörmət və ehtiramla qeyd edib və Novruzu unutmayıb, yaddan çıxarmayıb. Uzun illər yalnız xalqın yaddaşında yaşadılan Novruz, bu gün Ulu Öndərin Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində elliklə, dövlət səviyyəsində qeyd edilir.

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

    Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır.

    Sonra od timsalı, müqəddəslik rəmzi və Novruz atributu olan bayram tonqalı alovlandırılıb. Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış  incəsənət ustadlarının, bədii özfəaliyyət kollektivlərinin, uşaq bağçalarının körpə fidanlarının və məktəb şagirdlərinin rəngarəng mahnı və rəqsləri təqdim olunub. Bayram tədbirində həmçinin xalq sənətkarlığı nümunələri və yazın gəlişini əks etdirən rəsm əsərləri nümayiş olunub. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Bahar qızının təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Şənlik geniş bayram konserti ilə davam edib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024