Füzuli teatrı "Yaddaş" tamaşasını orta məktəbin müəllim və şagirdlərinə nümayiş etdirib

    MƏDƏNİYYƏT

    17 Oktyabr 2022 | 15:06

    Füzuli Dövlət Dram Teatrı Akif Həsənoğlunun "Yaddaş" tamaşasını Horadiz şəhər 1 N-li tam orta məktəbin müəllim və şagirdlərinə nümayiş etdirib. 

    Teatrın mətbuat xidmətindən Pressa-ya verilən məlumata görə, tamaşadan öncə vətənin azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa edir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024