Füzuli teatrı Novruz bayramına həsr olunmuş şou-proqrama start verib

    MƏDƏNİYYƏT

    07 Mart 2024 | 14:53

    Füzuli Dövlət Dram Teatrı Novruz bayramına həsr olunmuş "Novruz sərgüzəştləri” adlı şou-proqrama start verib. 

    05.03.2024-cü il tarixindən etibarən rayonun kənd və qəsəbələrində çıxışlar olunur. Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan şou- proqramın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

    Teatr hər il olduğu kimi bu il də bayram ərəfəsində rayonun kənd və qəsəbələrində, "N” saylı hərbi hissələrdə silsilə bayram proqramı ilə çıxış edəcək.

    Qeyd edək ki, bayram tədbiri 19 mart 2024-cü il tarixə kimi davam edəcək.



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024