FTX direktoru: "Crocus"da terroru islamçı radikallar hazırlayıb, onlara Ukrayna xüsusi xidmət orqanları yardım edib

    DÜNYA

    26 Mart 2024 | 17:09

    "Crocus"da terror aktını islamçı radikallar hazırlayıb, bütün bunlara isə Ukrayna xüsusi xidmət orqanları yardım edib.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

      Onun sözlərinə görə, “Crocus”da terror aktını sifariş edən şəxs hələ müəyyən edilməyib.

      FTX direktoru qeyd edib ki, Rusiya Federasiyasında terror təhlükəsi qalmaqdadır: "Biz əvvəllər Kiyevin Moskva vilayətində törədilən terror aktında əli olması barədə məlumat almışdıq. Biz hesab edirik ki, Ukrayna Təhlükəsizlik Xidməti terror təşkilatı kimi tanınmalıdır. Terror aktının hazırlanması ilə bağlı Vaşinqton tərəfindən ötürülən məlumatlar ümumi xarakter daşıyırdı və Rusiya xüsusi xidmət orqanları buna cavab verib".



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024