Erməni spiker: Biz həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq

    SİYASƏT

    27 Mart 2024 | 17:56

    Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

    Pressa news.am-a istinadən xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

      “İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, - Simonyan bildirib.

      O, hətta Gürcüstana gedən yolda dayanıb hansı ərazilərin Azərbaycana məxsus olduğunu göstərdiklərini də deyib.

      Simonyan müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

      Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

      “Azərbaycanlılar bu barədə açıq danışırlar”, - Simonyan əlavə edib.



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024