Əkinçilik ET İnstitutuna şagirdlərin ekskursiyası təşkil edilib

    ÖLKƏ

    17 Iyun 2022 | 14:39

    Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna Kaspi Kids liseyinin şagirdlərinin ekskursiyası təşkil olunub. 

    Pressa xəbər verir ki, ekskursiyada institutun Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşeron sahəsinə baxış və laboratoriyalarla tanışlıq həyata  keçirilib. 

    Şagirdləri institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova salamlayıblar. 

    “Modern seleksiya və molekulyar biologiya” laboratoriyasının elmi işçisi Röya Əsgərli şagirdləri təcrübə əkinləri ilə tanış edib. Şagirdlərə institutun orta müddətli “Genbank”ı haqqında  məlumat S.Məmmədova tərəfindən izah olunub. 

    Ekskursiya ərzində laboratoriya müdirləri  Qətibə Həsənova “Dənin keyfiyyəti”, Həlimə  Məmmədova  “Modern seleksiya və molekulyar biologiya”, Laçın Novruzov isə “Torpaq və bitki analizləri” laboratoriyalarının fəaliyyətindən şagirdlərə məlumat veriblər. 

    Şagirdlərə institutun rəhbərliyi  tərəfindən yaradılan sortlar haqqında kitabçalar, bukletlər və s. hədiyyə olunub, xatirə şəkilləri çəkilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024