DİN işğaldan azad edilmiş ərazilərdə aşkar edilən silah-sursatın sayını açıqlayıb

    ÖLKƏ

    20 Noyabr 2021 | 10:23

    Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən aşkar edilən silah-sursatların sayı açıqlanıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib.

    Eyni zamanda, ümumi çəkisi 3.3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024