Dani Alveş azadlığa buraxılıb

    İDMAN

    25 Mart 2024 | 15:44

    "Barselona"nın sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan buraxılıb.

    Pressa xarici mediaya istinadən xəbər verir ki, braziliyalı girov olaraq 1 milyon avro ödəyib.

    Daha öncə məhkəmə milyon dollarlıq girov müqabilində apelyasiya şikayəti davam edərkən Alveşin azadlığa buraxılmasını təsdiqləmişdi. 

    Qeyd olunur ki, Dani Alveşin ölkəni tərk edə bilməməsi üçün Braziliya və İspaniya pasportları əlindən alınıb.

    Xatırladaq ki, sabiq "Barselona"lı təcavüzə görə 4 il yarım həbs cəzası alıb. Braziliyalı apelyasiya şikayəti verib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024