Daha bir layihə uğurla başa çatdı

    SON XƏBƏRLƏR

    19 Mart 2024 | 09:36

    15.03.2024 cü il tarixində "English for All" 9 -cu sinif şagirdinin fərdi inkişaf planının qurulması layihəsi uğurla yekunlaşdırılıb.

    Layihə Bakı şəhəri 320 nömrəli məktəbdə keçirilib. Tədbirdə əməkdaslıq etdiyimiz 274 nömrəli məktəbin rəhbər üzvləri, layihə eksperti Vasif Zeynalov və Layihə psixoloqu Ibrəhimli Şamama xanım da  iştirak etmişdir.

     Layihə çərçivəsində təlimlərə cəlb olunmus 20 nəfər şagirdə təlim nəticələrinin yüksəldilməsi məqsədi ilə  Təlimçi tərəfindən müxtəlif təlimlər keçirilmiş və təlim prosesində psixoloqla görüş keçirilmişdir.Əsasən təlim nəticəsi zəif olan şagirdlərin,"yazı" məzmun xətdi üzrə hekayə tipli yazı bacarıqlarının , dinləyib -anlama, oxuyub- anlama, sərbəst iş bacarıqlarının, yüksəldilməsi kimi mühüm təlimləri əhatə edən layihə 5 ay muddətində davam edib.

    Layihə rəhbəri Məmiyeva Rəna bildirib ki, Layihənin icrası zamanı ingilis dili fənni üzrə bilik və bacarıq , emosional dəstəyi alan şagirdlər anlayacaq ki, ingilis dili yalnız məktəb fənni deyil, "English for All"- peşə və karyera həyatında da vacib inkişaf faktorudur.

    Şagirdlərin uğurunun nəticəsi olaraq, sonunda sertifikatlarla ve kiçik hədiyyələrlə təltif olunub.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024