"Crocus"da törədilən terrorla bağlı daha bir şəxs barəsində həbs qərarı çıxarılıb

    DÜNYA

    26 Mart 2024 | 14:37

    Moskvanın Basmannıy Rayon Məhkəməsi "Crocus"da törədilən terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən səkkizinci şəxsin həbsi barədə qərar qəbul edib.

    Pressa Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə Əlişir Kasımov barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. 

    Əlişir Kasımov isə məhkəmədə bildirib ki, terrorçuların planlarından xəbəri olmayıb, sadəcə olaraq, "Avito" vasitəsilə onlara mənzil kirayə verib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024