"Crocus"da terror törədənlərin qaçdığı avtomobilin sahibi, qardaşı və atası həbs olunub 

    DÜNYA

    25 Mart 2024 | 21:02

    “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı daha üç nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

    Pressa Rusiya KİV-nə istinadən xəbər verir ki, Dilovar, Aminçon və ataları İsrail İslamov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

      Qeyd edək ki, onlar terrora kömək etməkdə ittiham olunurlar. Məlumata görə, Dilovar İslamov terror aktında şübhəli bilinən şəxslərin idarə etdiyi “Renault” markalı avtomobilin sahibidir. Terrorçular həmin avtomobildə “Crocus”a gediblər və daha sonra hadisə yerindən qaçıblar.



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024