COVID pasportunu rüşvətlə almaq istəyənlərə xəbərdarlıq!

    ÖLKƏ

    29 Iyul 2021 | 13:28

    Vaksinasiya prosesində neqativ hallara yol verilir.

    Pressa xəbər verir ki, bununla bağlı “ASAN radio”ya bir neçə fakt daxil olub. Bildirilir ki, vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Belə ki, guya vətəndaş “prosesdə” iştirak edir, lakin peyvənd bədənə vurulmur.

    Səhiyyə Nazirliyindən “ASAN radio”ya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinverilirin şəffaflığı daimi diqqətdə saxlanılır.

    “Bir daha xəbərdarlıq edilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

    Azərbaycanda rüşvət almaq kimi rüşvət vermək də cinayətdir. Bu səbəbdən baş vermiş neqativ hallarda hər iki tərəf məsuliyyət daşıyır. Vətəndaşlardan xahiş olunur ki, şahid olduqları neqativ hallarla bağlı səhiyyə qurumlarına və hüquq mühafizə orqanlarına məlumat versinlər”, - deyə nazirlikdən bildirilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024