Bukmeykerlərin təmsilçilərimizlə bağlı fikirləri dəyişdi

    MƏDƏNİYYƏT

    18 Mart 2024 | 15:17

    68-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi ilə bağlı bukmeykerlərin təxminləri hər gün dəyişir. 

    Pressa xəbər verir ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək. Mahnı martın 15-də təqdim edildikdən sonra onun ətrafında müzakirələr başlayıblar. 

    Bukmeykerlər bundan əvvəl Azərbaycanı 17-ci yerdə görsələr də, fikirləri dəyişib. Onlar mahnını dinlədikdən sonra Azərbaycanı 19-cu yerə layiq görüblər. Avropa bukmeker kontorları Azərbaycanın qalib olmaq şansını 1% qiymətləndirib.

    Mahnı yutubun Azərbaycan seqmentində trendə düşüb. 500 minə yaxın baxışı olan klip hazırda 8-ci pillədədir. 

    Xorvatiya bukmeker kontorunun proqnozuna görə lider olmaqda davam edir, onun qalib gəlmə əmsalı 17%-dir. Sıralamada Ukrayna (13%) və İtaliyadır (10%).

    Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. 



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024