Azərbaycanlı hücumçu "Şalke"nin əsas komandasında debüt edə bilər

    İDMAN

    04 Dekabr 2021 | 11:28

    Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniya "Şalke"sinin əsas komandasında debüt edə bilər.

    Pressa-nın məlumatına görə, səbəb Gelzenkirxen təmsilçisinin bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır.

    Simon Toredde, Marius Bülter, Florian Flik, Yaroslav Mixaylov, Darko Çurlinov, Mark Jatkovski, Mixael Langer və Salif Sane zədəli olduqları üçün "Sankt-Pauli"yə qarşı II Bundesliqanın XVI tur matçını buraxacaqlar. Bu üzdən, baş məşqçi Dimitrios Qrammozis U-23-dən Dadaşovu, gənclər komandasında isə Keke Toppu əsas kollektivə cəlb edib.

    Qeyd edək ki, bu gün keçiriləcək "Sankt-Pauli" - "Şalke" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024