Azərbaycanda qadın rektor və məktəb direktorlarının sayı açıqlanıb

    ÖLKƏ

    24 Noyabr 2021 | 12:28

    Azərbaycanda 2021-ci ilin əvvəlinə dövlət qurumlarında qadın təmsilçilərin statistikası açıqlanıb.

    Pressa-nın məlumatına görə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov "Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum" vəsaitinin təqdimat mərasimində deyib ki, ölkədə 93 qadın hakim var: "Yerli icra hakimiyyəti başçının müavinlərindən 72-si, nazir müavinlərindən 8-i, yerli icra başçılarından isə 2-si (Abşeron və Sədərək rayonunun icra başçıları) qadındır".

    O, həmçinin 2020-2021-ci tədris ilinin əvvəlində qadın rektor və məktəb direktorlarının sayını açıqlayıb: "Azərbaycanda 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur".



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024