Azərbaycanda 4 aylıq taxıl ehtiyatı var

    İQTİSADİYYAT

    01 Dekabr 2022 | 15:28

    “Taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görülür”.

    Pressa xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

    "Bunlar həm normativ tədbirlərdir, həm də növbəti addım kimi ərzaqlıq buğdanın dövlət ehtiyatı fonduna tədarükü istiqamətində iri taxıl tədarükçüləri ilə müqavilələr bağlanıb. Hazırda ümumi bazarda 4 aylıq taxıl ehtiyatı var”, - deyə sədr müavini bildirib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024