Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hər ötən gün daha da möhkəmlənir

    SON XƏBƏRLƏR, ÖLKƏ

    19 Mart 2024 | 09:05

    Möhkəm iqtisadi bağlarla bir-birinə bağlı olan, nəhəng, transmilli layihələrin icraçıları olan Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hər ötən gün daha da möhkəmlənir.

      Hazırda Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan xarici siyasət reallaşdırmaqla, həm yerləşdiyi regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş imici formalaşdırıb. Məhz bu xüsusiyyəti ilə ölkəmiz sözün əsl mənasında dünyada nümunə göstərilir. Ali xüsusiyyətlərə malik dövlətin və xalqın iki əsr ərzində qondarma bir dövlət və xalqın davamlı mənfur siyasətinə məruz qalması əminliklə demək olar ki, məqsədli xarakter daşıyıb. Bəli, məqsədli şəkildə tarixi Azərbaycan torpaqlarına yerləşdirilmiş mənfur millət sonrakı dövrlərdə “maşaları” tərəfindən xalqımıza qarşı öz çirkin niyyətlərinin icra edilməsi istifadə edilmişlər. Təəsüf ki, bu proses bu gün davam etdirilməkdədir.

    Lakin Azərbaycan Ermənistanın məkrli qonşuluq siyasətindən əziyyət çəksə də digər qonşuları ilə hər zaman normal münasibətlər qurmuş, regional əməkdaşlığa xüsusi önəm vermişdir. Hazırda Azərbaycanın digər qonşu ölkələr kimi Gürcüstanla da olan münasibətlərinin səviyyəsi deməyə əsas verir ki, ölkəmizin xarici siyasətinin əsas prespektivləri qarşılıqlı əməkdaşlıq, normal qonşuluq, mədəni, iqtisadi inteqrasiyadır.  Hələ Sovetlər dönəmində olduğumuz zamanlarda da iki ölkə arasında olan münasibətlər dostluq və əməkdaşlığa əsaslanırdı. Bu gün isə əlaqələrimiz daha da inkişaf edərək, strateji əməkdaşlığa əsaslanır. Bu gün görünən odur ki, həm Azərbaycan, həm də Gürcüstan bir-birlərinin mövcud imkanlarından maksimum yararlanırlar. Möhkəm iqtisadi bağlarla bir-birinə bağlı olan, nəhəng, transmilli layihələrin icraçıları olan ölkələrimiz arasındakı münasibətlər hər ötən gün daha da möhkəmlənir. Hər iki ölkə rəhbərlərinin, hökumət başçılarının mütəmadi səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə keçirdikləri görüşlər ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə xidmət edir. 

    Yusif Abdullayev;
    Neftçala rayonu, Vətən Müharibəsi qazisi

     



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024