ATƏT sədri Moskvaya səfər edəcək

    SİYASƏT

    18 Noyabr 2021 | 15:05

    ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde bu gün Moskvaya səfər edəcək.

    Pressa-nın xəbərinə görə, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Ann Linde noyabrın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ATƏT və Rusiya arasında əməkdaşlıq, ATƏT regionunda təhlükəsizlik problemləri müzakirə olunacaq.

    Ann Linde ATƏT regionunda təhlükəsizlik və sabitliklə bağlı geniş spektrli regional və tematik məsələləri müzakirə etmək üçün Rusiyanın digər rəsmiləri ilə də görüşəcək.

    Onu Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Mikko Kinnunen müşayiət edəcək.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024