471 nəfərə fəlsəfə və elmlər doktoru, 21 nəfərə professor elmi dərəcəsinin verilməsindən imtina edilib

    ÖLKƏ

    16 Mart 2023 | 14:00

    2020-ci ildən 2023-cü ilin mart ayındadək 900 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərə imtina edilib.

    Pressa xəbər verir ki, bunu Akademiyanın Ümumi yığıncağında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayev deyib. O bildirib ki, eyni dövrdə 168 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 44 nəfərə isə imtina verilib.

    Elmi adların verilməsi barədə statistikanı açıqlayan sədr bildirib ki, 372 nəfərə dosent adı, 66 nəfərə isə imtina cavabı verilib:

    "Qeyd olunan dövrdə 62 nəfərə professor elmi dərəcəsi verilib, 21 nəfərə isə imtina cavabı verilib".



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024