Vladimir Putin KTMT-nin sammitinə qatıla bilmədiyi üçün üzr istəyib

    DÜNYA

    16 Sentyabr 2021 | 11:25

    Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilən Zirvə toplantısına qatıla bilmədiyi üçün toplantı iştirakçılarından üzr istəyib.

    Pressa TASS-a istinadən xəbər verir ki, o, tədbirə videoformatda qoşulub və sammit iştirakçılarına üzrxahlığını çatdırıb.

    Dövlət başçısı deyib ki, ünsiyyətdə olduğu insanlar arasında koronavirusa yoluxanlar var: “Koronavirusa bir-iki nəfər deyil, onlarla insan yoluxub. Ona görə də son anda Düşnəbəyə səfərimi təxirə saldım və buna təəssüf edirəm. Bildiyiniz kimi buna səbəb ətrafımdakı insanların koronavirusa yoluxmasıdır”.

    Qeyd edək ki, sentyabrın 15-də başlayan toplantda Rusiya, Taciksitan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024