Virusun mutasiyası ilə bağlı YENİ AÇIQLAMA

    ÖLKƏ

    15 Sentyabr 2021 | 16:10

    “Vaksinin iki dozasından 10 gün sonra bədən hərarətinin yüksək olması peyvəndlə bağlı deyil. Bunun başqa səbəblərini araşdırmaq vacibdir”.

    Pressa-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

    Onun sözlərinə görə, harada yoluxma sayı çoxdursa, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir:

    “Bunun üçün çox ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.

    O qeyd edib ki, pandemiyanın qarşısı alınmayana kimi yeni mutasiyaların olması da qaçılmazdır.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024