Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət

    HADİSƏ

    21 Mart 2024 | 17:54

    Daxili İşlər Nazirliyi (DİN) virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib.

    Pressa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.

    “Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, - o qeyd edib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024