"Virtual Azərbaycan Qrup of Kompani” jurnalistləri təltif edib - FOTOLAR

    ÖLKƏ

    02 Avqust 2021 | 11:33

    "Virtual Azərbaycan Qrup of Kompani” MMC-də Milli Mətbuat Günü ilə bağlı bir qrup jurnalistlə görüş keçirilib. Görüşdə şirkətin baş direktoru, İKT üzrə ekspert Elvin Abbasov  jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, şirkətin KİV-lə olan əməkdaşlığından danışıb.

    Bildirib ki, "Virtual Azərbaycan Qrup of Kompani” MMC media ilə sıx və məhsuldar əlaqələrə hər zaman əhəmiyyət verib və bu proses davamlı olacaq. Qeyd olunub ki, Azərbaycan mətbuatı mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Ölkəmizdə dövlət qurumlarının tərəqqi etmiş informasiya texnologiyalarına inteqrasiya olması prosesi davam edir. Həmçinin bir neçə ildir ki, digər inkişaf etmiş ölkələrdə də İKT sahəsində qlobal texnoloji yeniliklər və süni intellektə malik robot texnikalar və bir çox İKT sahəsində inkişaf davam edir. Azərbaycan da bu innovativ tərrəqidən geri qalmır. Bütün bunlar görülən işlərin təbliği istiqamətindən mühüm məsələlərdən biridir. Amma təəssüflər olsun ki, mətbuatda İKT sahəsində görülən işlər qənaetedici səviyyədə deyil. Jurnalistlərin İKT üzrə kvalivaksiyasının yüksəldilməsi, ölkəmizdə və dünyada sürətlə inkişaf edən İKT sahəsindəki yeniliklərin daha dəqiq və anlaşılan formada mediada nümayiş etdirilməsi çox əhəmiyyətlidir. Düşünürəm ki, bu sahədə də müəyyən addımlar atmaq lazımdır.

    E.Abbasov həmçinin bildirib ki, İKT ilə bağlı məlumatların ictimaiyyətə düzgün və operativ çatıdırılmasında media nümayəndələrinin böyük əməyi var. 

    Tədbirdə çıxış edən jurnalistlər fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşərək göstərilən diqqətə görə təşəkkür ediblər.

    Sonda media nümayəndələrinə DİPLOM və hədiyyələr təqdim edilib.

    Qeyd edək ki, 2014-ci ildən fəaliyyətə başlayan "Virtual Azərbaycan Qrup of Kompani” şirkəti hazırda Azərbaycanda İT sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işləri avtomatlaşdırmaq və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Şirkət qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atəb və ölkəmizdə bir sıra dövlət layihələrini icra edib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024