Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul edib

    ÖLKƏ

    21 Iyun 2022 | 14:27

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 21-də Şirvan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

    Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, daxili işlər naziri əvvəlcə Şirvan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından gələn 93 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

    Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

    Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

    Bölgəyə səfəri çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.

    Sıra baxışında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

    Xidmətə qəbulun şərtlərinə uyğun gələn 95 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 18-i Vətən müharibəsi iştirakçısı, 1-i isə şəhid ailələrinin üzvləri olublar.

    Sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qeyd olunan şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirərək onlardan bölgədə ictimai asayişin və təhlükəsizliyin daha da möhkəmləndirilməsini, vətəndaş müraciətlərinə obyektiv baxılmasını və qəbulu işinin düzgün təşkilini tələb edib.



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022