Ukraynanın 4 vilayətində Rusiyaya birləşmək üçün referendum təyin edilib - YENİLƏNİB

    DÜNYA

    20 Sentyabr 2022 | 17:36

    Ukraynanın işğal altındakı 4 vilayətində Rusiya Federasiyasına birləşmək barədə referendum keçiriləcək.

    Pressa Rusiya KİV-nə istinadən xəbər verir ki, Xersondakı işğalçı rejimin qubernatoru Vladimir Saldo vilayətdə 23-27 sentyabr aralığında Rusiyaya birləşməklə bağlı referendum keçiriləcəyini söyləyib.

    Analoji referendumun Zaporojye vilayətində, Luqansk və Donetsk vilayətlərində yaradıllmış separatçı "DXR" və "LXR"də keçiriləcəyi açıqlanmışdı.

    ***

    15:49

    Qondarma “Luqansk Xalq Respublikası”nın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək.

    Pressa xəbər verir ki, bu barədə qondarma “LXR”in lideri Leonid Paseçnik bildirib.

    Onun sözlərinə görə, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.

    "Donetsk Xalq Respublikası" separatçıları da Rusiyaya birləşmək üçün referendum təyin edib. Belə ki, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024