Türkiyəli nazir: “Enerji infrastrukturlarımıza ciddi ziyan dəyib”

    DÜNYA

    06 Fevral 2023 | 13:25

    Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdən sonra bölgədəki son vəziyyəti açıqlayıb.

    Pressa xəbər verir ki, nazir, elektrik enerjisi və təbii qaz xətlərində zədələr olduğunu bildirib:

    “Enerji infrastrukturlarımıza ciddi ziyan dəyib. Həm elektrik verilişi xətlərində, həm də təbii qaz ötürücü və paylayıcı xətlərində zədələr var. Ən böyük zərərlərimizdən biri də episentrə yaxın olan Türkoğlu rayonunda təbii qaz xəttinin qopmasıdır. Bu xətt əsasən Maraş, Qaziantep, Hatay və Kilisə təbii qazı daşıyan əsas nəql xəttimizdir”.

    O bildirib ki, səyyar elektrik stansiyalarını əraziyə göndəriblər:

    “Çalışacağıq ki, xəstəxanalar, çörək sexləri kimi obyektlərdə təbii qaz və enerjini mobil generatorlarla təmin edək”.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023