Türkiyə parlamentinə yeni seçilən deputatların and içəcəyi tarix açıqlanıb

    SON XƏBƏRLƏR

    31 May 2023 | 15:56

    Türkiyə parlamentinə yeni seçilən millət vəkilləri iyunun 2-də and içəcək.

    Pressa xəbər verir ki, bunu Miliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Feti Yıldız bildirib.

    Onun sözlərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, prezidentliyə namizəd Kemal Kılıçdaroğlu millət vəkili seçilmədiyi üçün toxunlmazlığı da sona çatıb: “Onun barəsində qəbul edilən qərarlar Konstitusiya və Ədalət Komissiyasının rəflərində gözləyir”.

    Mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.

    Qeyd edək ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək. Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri R.T.Ərdoğan 52,18 faiz səslə yenidən dövlət başçısı seçilib. Onun rəqibi, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024