Türk lirəsi manat qarşısında 10 faizdən çox ucuzlaşıb

    İQTİSADİYYAT

    19 Noyabr 2021 | 11:24

    Türk lirəsinin manat qarşısında dəyəri ucuzlaşmaqda davam edir.

    Pressa xəbər verir ki, bu gün etibarilə Türkiyənin milli pul vahidinin Azərbaycan manatı qarşısındakı dəyəri 0,1528 lirə olaraq növbəti antirekordu təşkil edib.

    Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi sutka ərzində 2,4 faiz azalıb.​ Bu, tarixi minimum hesab edilir.

    Son bir həftə ərzində lirə manat qarşısında davamlı olaraq dəyər itirib və onun manat qarşısında rəsmi məzənnəsi həftəlik 10,4 faiz azalıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024