Tətildən sonrakı ilk dərs günlərinin vaxtı açıqlandı

    TƏHSİL

    19 Mart 2024 | 16:02

    Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı açıqlanıb.

    Pressa xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

    Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli 447 nömrəli Qərarına əsasən, Novruz bayramından sonra 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart, 6 günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixidir.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024