Tərtərdə minaya düşənlərin vəziyyəti açıqlanıb

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2022 | 14:28

    Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

    Bu barədə Pressa-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən xəbər verilib.

    "Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nayihəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub. Hazırda hər iki pasiyent əməliyyatdadır" - deyə məlumatda qeyd olunub.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024