Təhsil Nazirliyi noyabrın 1-dən məktəblərin bağlanacağı iddialarına CAVAB VERDİ

    TƏHSİL

    19 Oktyabr 2021 | 14:23

    Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

    Pressa-nın məlumatına görə, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

    O qeyd edib ki, məlumat yanlışdır:

    “Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan “xəbər” dezinformasiya xarakterlidir”.

    Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə üzrə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin noyabrın 1-dən dayandırılacağı iddiaları yayılıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024