Son sutkada 1 157 nəfər COVID-19-a yoluxub, çoxlu sayda ölən var - FOTO

    ÖLKƏ

    13 Sentyabr 2021 | 16:15

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 157 yeni yoluxma faktı qeydə alınıb, 3 065 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib, aktiv xəstə sayı 42 646 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 123, ötən müddət ərzində isə ümumilikdə 4 661 119 test aparılıb.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024