Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfərə gedib

    ÖLKƏ

    06 Fevral 2023 | 10:32

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pressa-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

    Qahirə Beynəlxalq hava limanında nümayəndə heyətini Misir Senatı sədrinin müavini Fibi Favzi, Baş katibin müavini Mohamed Jahin, Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Misir Ərəb Respublikası Senatının və Nümayəndələr palatasının sədrləri, bu ölkənin Baş naziri və Ərəb Parlamentinin nümayəndələri ilə bir sıra görüşləri gözlənilir.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024