Sahibə Qafarova İƏTPA-nın Baş katibi ilə görüşüb

    SİYASƏT

    16 May 2022 | 17:30

    Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qurumun Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşüb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pressa-ya verilən xəbərə görə, görüşdə spiker Sahibə Qafarova ölkəmizin İƏT PA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib.

    Sahibə Qafarova deyib ki, Azərbaycan İƏTPA-nın fəaliyyətinin gücləndirilməsində və təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Spiker bunun təsdiqi kimi, Azərbaycanın 2021-ci ildə İƏTPA-nın nizamnaməsini ratifikasiya etdiyini xatırladıb.

    Milli Məclisin sədri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi etdiyini, tədbirdən sonra təşkilata sədrliyin Azərbaycana keçəcəyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək.

    İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn Milli Məclisin Konfransın keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin hazırki səviyyəsindən razılığını bildirib.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024