Sabir Rüstəmxanlı: “Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir, bu məsələlərə baxılmalıdır”

    ÖLKƏ

    23 Noyabr 2021 | 12:15

    “Müharibədən sonra yeni Azərbaycanda yaşamaq istəyirik”.

    Pressa-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

    Deputat bildirib ki, büdcə də bunu özündə əks etdirməlidir: “Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm ki, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır. Kəndlərdə məktəblərə, rayonlarda kinoya diqqət artırılmalıdır. Dövlətimizin ana dili ilə inkişafı ilə bağlı qərar və qanunları ortada olsa da, Bakının mərkəzində ancaq xarici dillərdə reklamlar yerləşdirilir. Nəyə görə buna diqqət ayırmırıq?”

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024