Sabahın hava proqnozu açıqlanıb

    ÖLKƏ

    05 Dekabr 2022 | 13:15

    Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

    Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yoların buz bağlaması ehtimalı var.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024