Sabah Bakıda ümumşəhər sanitar günü keçiriləcək

    ÖLKƏ

    03 Dekabr 2021 | 10:19

    Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib.

    Qurumdan verilən xəbərə görə, dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.

    Gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.

    Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

     

     

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024