Rusiyanın 330 milyard dollarlıq aktivinə həbs qoyulub

    DÜNYA

    30 Iyun 2022 | 11:51

    ABŞ Mərkəzi Bankının Xəzinədarlıq Departementi Rusiyanın dünya üzrə ümumilikdə 330 milyard dollarlıq aktivinə həbs qoyulduğunu bildirib.

    Pressa xəbər verir ki, bu barədə Departementin yaydığı bəyanatda deyilir. Qeyd edilib ki, çoxmillətli işçi qrupu, Rusiya fiziki şəxslərinin 30 milyard, Rusiya Mərkəzi Bankının isə 300 milyard dollar aktivlərini bloklayıb və ya dondurub: "Fiziki şəxslər dedikdə Rusiya elitaları, proksilər və oliqarxlar nəzərdə tutulur. Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivləri əməliyyat qrupu tərəfindən hərəkətsizləşdirilib, yaxtalar və dəbdəbəli daşınmaz əmlaklar da müsadirə edilərək, dondurulub və ya saxlanılıb"Qeyd edək ki, İşçi qrup mart ayında Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi üçün yaradılıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024