Rusiyada sərnişin təyyarəsi radardan itib

    SON XƏBƏRLƏR

    16 Iyul 2021 | 15:19

    Rusiyanın Tomsk vilayətində göyərtəsində 13-17 nəfər olan “An-28” təyyarəsi radardan itib.

    Pressa TASS-a istinadən xəbər verir ki, Rusiyanın Aviasiya xidməti bildirib.

    Məlumata görə, təyyarə Tomsk vilayətinin Bakçarsk rayonunda radardan itib:

    Onun göyərtəsində 4-ü uşaq, 3-ü ekipaj üzvü olmaqla 17 nəfər var.

    Təyyarə “Sibir yüngül aviasiya” avia şirkətinə məxsusdur. O, Kedrovıy-Tomsk marşrutu üzrə uçuşurmuş.

    “An-28”nin axtarışı üçün Rusiya Aviasiya xidmətinin “Mi-8” helikopetri göndərilib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024