Rusiyada barıt zavodunda yanğın olub, 7 nəfər ölüb, 9 nəfərin aqibəti naməlumdur

    DÜNYA

    22 Oktyabr 2021 | 11:13

    Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda “Elastik” zavodunun barıt sexində yanğın baş verib.

    Pressa-nın məlumatına görə, xilasetmə xidmətindən TASS-a bildirilib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

    FHN-in yerli idarəsindən 9 nəfərin taleyinin naməlum olduğu açıqlanıb.

    Yanğına texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir.

    Hadisə yerinə yanğınsöndürmə briqadaları və iki təcili yardım heyəti cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

    Xilasetmə xidmətindən verilən açıqlamaya görə, yanğın barıt saxlanan birmərtəbəli sexdə qeydə alınıb.

    Əhali üçün təhlükə olmadığı bildirilir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024