Rusiya XİN Xovayevin Azərbaycana səfərinin məqsədini açıqlayıb

    SİYASƏT

    24 Noyabr 2022 | 15:38

    Sülh müqaviləsi mövzusu və Azərbaycan-Ermənistan nizamlanmasına dair digər məsələlər olduqca mürəkkəb və həssas xarakterlidir.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqində bildirib.

    Rusiya XİN rəsmisi konkret razılıq əldə olunana qədər tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmədiklərini diqqətə çatdırıb.

    “Bu haqda dəfələrlə demişik”, - Zaxarova əlavə edib.

    Zaxarova Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin noyabrın 14-də İrəvanda səfərdə olduğunu xatırladıb.

    “Hazırda Xovayev Bakıda səfərdədir. Xovayevin Bakıdakı təmasları zamanı sülh müqaviləsi problematikası da müzakirə olunur”, - Zaxarova qeyd edib.

    Xatırladaq ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024