Rusiya XİN: Türkiyənin Kiyev və Moskva arasında vasitəçiliyindən söhbət gedə bilməz

    SİYASƏT

    01 Dekabr 2021 | 12:45

    Ukraynanın daxilində olan problemlə bağlı Türkiyənin vasitəçiliyindən söhbət gedə bilməz.

    Apanın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə tərəfinin Donbass problem ilə bağlı Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təklifinə münasibət bildirərkən deyib.

    Zaxarova Donbass münaqişəsinin Ukraynanın daxili problemi olduğunü söyləyib:

    “Rusiya bu münaqişədə tərəf deyil. Bu, Kiyevin Donbassla olan problemidir. Biz Rusiyanı bu münaqişədə tərəf kimi göstərmək cəhdlərinə imkan verməyəcəyik. Ona görə də, burada Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçiliyindən söhbət gedə bilməz. Bununla belə, biz Türkiyə tərəfinə, xüsusi ilə də prezidentinə təşəkkürümüzü bildiririk. Ankara Kiyevi Donbassa qarşı aqressiv fəaliyyət planınından çəkindirə bilər”.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024