Remsi Premyer Liqadan aldığı təkliflərdən imtina edib

    İDMAN

    26 Yanvar 2022 | 11:12

    “Yuventus”un futbolçusu Aaron Remsi İngiltərə Premyer Liqasından üç təklif alıb.

    Pressa-nın məlumatına görə, mərkəz yarımmüdafiəçisi “Bernli”, “Nyukasl” və “Kristal Pelas”da oynamaq variantlarından imtina edib.

    2019-cu ildə azad agent kimi “Yuventus”a keçən uelsli əvvəllər də Premyer Liqada çıxış edib. O, “Arsenal”, “Kardiff” və “Nottingem Forest”in formasını geyinib.

    Qeyd edək ki, Remsinin “Yuventus”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024