Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmayacaq

    DÜNYA

    22 Sentyabr 2022 | 12:35

    Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə gəlməsini məhdudlaşdıra bilməz, lakin yaşayış icazəsi qanunvericiliyə uyğun və yalnız lazımi sənədlər təqdim olunduqdan sonra rəsmiləşdiriləcək.

    Pressa TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Senatının spikeri Maulen Aşimbayev deyib.“Əgər ruslar ölkəmizə gəlmək və sonra geri qayıtmaq, müəyyən dövr ərzində işlə bağlı olaraq burada olmaq istəsələr – burada heç bir sual yaranmamalıdır və biz məhdudiyyət tətbiq edə bilmərik” – Aşimbayev jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

    Bununla yanaşı, o həmçinin vurğulayıb ki, Rusiya vətəndaşları Qazaxıstanda yaşayış icazəsi almaq üçün öz ölkələrində qeydiyyatdan çıxmalıdır.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024